EN

Üç ölkənin parlament komissiyaları Bakıda toplaşacaq

Türkiyə, Azərbaycan və Gürcüstan parlamentləri regionda birgə əməkdaşlığın dərinləşdirilməsində qərarlıdır 

Ankarada dekabrın 3-də Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının IX üçtərəfli iclası keçirilib.

Modern.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq əlaqələr komissiyasının sədri Fuat Oktay regionda bütün istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkəsinin Qara və Xəzər dənizləri arasında nəqliyyat və logistika şəbəkələrinin genişləndirilməsi, təhsil, həmçinin birgə tədqiqat mərkəzlərinin yaradılması sahəsində birgə əməkdaşlığa töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Türkiyə parlament komissiyasının rəhbəri xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə işlərin tezliklə başa çatdırılacağına ümid etdiyini bildirib

F.Oktay üç ölkə arasında iqtisadi əlaqələrin inkişafı baxımından birgə ticarət dövriyyəsinin həcminin ildə 12 milyard dollara çatdığını bildirib.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasında əlaqələrin dərinləşməsini qeyd edərək, Bakı, Ankara və Tbilisi arasında parlamentlərarası dialoqun inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Ankara və Tbilisi ilə nəqliyyat sektorunda əlaqələrin daha da dərinləşəcəyindən əminlik ifadə olunub.

Gürcüstan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Nikoloz Samxaradze öz növbəsində Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsi naminə Azərbaycan və Türkiyə ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Müzakirələrin yekunu olaraq üç ölkənin parlament komissiyalarının X iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.

Chosen
2
3
modern.az

4Sources