EN

Dayanıqlı, ekoloji təhlükəsiz və “yaşıl” zirvələrə doğru – birlikdə!

Bakı. Trend:

Qlobal iqlim dəyişikliyi, dünyada hər keçən gün daha ciddi vəgenişmiqyaslı təsirlər yaratmağa davam edir. İqlim dəyişikliyi iləmübarizə, yalnız ekoloji deyil, həm də iqtisadi və sosial sahələrdəhər bir ölkə və beynəlxalq təşkilat üçün əsas prioritetlərdənbirinə çevrilib.

COP29: qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşıbeynəlxalq əməkdaşlıq

Bu, məsələni effektiv şəkildə həll etmək və gələcək nəsillərəekoloji cəhətdən təmiz bir planetin miras qoyulmasında mühüm roloynayır. Qlobal səviyyədə davam edən iqlim dəyişmələrinin təsiriniazaltmaq üçün bir çox ölkə, “yaşıl maliyyə” həlləri tətbiq edərək,iqtisadi inkişafı ekoloji təmiz və bərpa olunan resurslarayönəltməkdədir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar,xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində daha daön plana çıxıb.

2024-cü ildə Bakı şəhərində keçirilən COP29, Azərbaycanın qlobaliqlim siyasətinə verdiyi əhəmiyyətin və ölkəmizin yaşıltransformasiya yolundakı irəliləyişlərinin simvolu oldu. Bu mühümtədbir, qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı beynəlxalqəməkdaşlıq və innovativ yanaşmaların tapılmasına dair yenitəşəbbüslərin müzakirə olunduğu bir platformaya çevrildi.

“PAŞA Bank”dan iqtisadiyyatın yaşıl transformasiyasınadəstək

Azərbaycan, həm beynəlxalq həm də yerli səviyyədə ekoloji vəsosial məsuliyyətlərini qəbul edərək, iqlim dəyişikliyinin mənfitəsirlərini azaltmaq üçün ardıcıl və məqsədyönlü addımlar atır. Bukontekstdə, ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞABank”, Azərbaycanın yaşıl maliyyə sahəsindəki təşəbbüslərinigücləndirərək, dayanıqlı iqtisadi inkişafın önündə getməkdədir.Bank, Azərbaycanda “yaşıl” layihələrə yönəlmiş sərmayələrinigenişləndirərək, iqtisadiyyatın müvafiq transformasiyasınıdəstəkləyir və gələcək nəsillər üçün daha dayanıqlı və təmiz ətrafmühitin yaradılmasına öz töhfəsini verir.

“PAŞA Bank”ın strateji məqsədlərindən biri, ətraf mühitinqorunmasını və enerji səmərəliliyini təşviq edən layihələrinmaliyyələşdirilməsidir. Bank, Azərbaycanın yaşıl enerji keçidinidəstəkləmək üçün 10 milyon AZN ayıraraq, termal istiliklə işləyənrezervuarın inşasına qatılıb. Bu təşəbbüs, ölkənin dayanıqlı enerjitəchizatı sahəsində əhəmiyyətli bir addım olaraq, Bankın “yaşıl”portfelini daha da şaxələndirir.

Bundan əlavə, “PAŞA Bank” ətraf mühitə mənfi təsir verməyənnəqliyyat növlərinə investisiyaları ilə də diqqət çəkir. "XaliqFaiqoğlu" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsindəBank 50 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və 5 ədədelektrikli avtobusun idxalını maliyyələşdirib. Bu investisiyalar,Azərbaycanın şəhər mərkəzlərində daha təmiz ictimai nəqliyyatıntəşviqinə və CO₂ emissiyalarının azalmasına xidmət edir.

Ölkəmizin kənd təsərrüfatı sektorunun dayanıqlıinkişafı

“PAŞA Bank”ın yaşıl layihələrə olan dəstəyi yalnız enerji vənəqliyyatla məhdudlaşmır. Bank, Azərbaycanın kənd təsərrüfatısektorunda da dayanıqlı inkişafa dəstək verir. Bank, susərfiyyatını azaldan və kənd təsərrüfatının məhsuldarlığını artıranmüasir suvarma texnologiyalarına 15 milyon AZN sərmayə qoyub. Butəşəbbüslər, təkcə kənd təsərrüfatı sektorunu dəstəkləmir, eynizamanda qlobal su ehtiyatları və qida istehsalı ilə bağlı dayanıqlıinkişaf məqsədlərinə uyğun gəlir. Əlavə olaraq Bank, mədənsənayesindəki əməliyyatları karbonsuzlaşdırmaq məqsədilə, dizelgeneratorların elektrik stansiyalarla əvəzlənməsinə dəstəkverir.

"PAŞA Bank"ın bu sahədə dəstəklədiyi layihələr, yalnız bugünküiqtisadiyyatın dayanıqlılığını deyil, həm də gələcək nəsillər üçüntəmiz və təhlükəsiz bir dünya təmin etməyi hədəfləyir. Butəşəbbüslər Azərbaycanın qlobal iqlim səhnəsində nüfuzunuartırmaqla yanaşı, ekoloji məsuliyyət və innovasiya yolundabeynəlxalq əməkdaşlığa yeni imkanlar və üfüqlər açacaq.

Məqalədə:
Chosen
4
2
az.trend.az

10Sources