EN

Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkisinin prosedurunun təfərrüatı məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq Olimpiya Komitəsi (BOK) prezidentinin seçkisi ilə bağlı səsvermə prosedurunun təfərrüatı məlum olub.
Oxu.Az BOK-un Mətbuat Xidmətinə istinadən xəbər verir ki səsvermə 2025-ci il martın 18-dən 21-ə kimi Yunanıstanda keçiriləcək qurumun 144-cü sessiyası çərçivəsində olacaq. Seçimlər qapalı keçiriləcək və səsvermə mərhələləri namizədin mütləq səs çoxluğunu toplayana qədər davam edəcək. Hər turda ən az səs toplayan namizəd mübarizədən kənarlaşdırılacaq və növbəti mərhələdə iştirak etməyəcək. BOK-un yeni prezidentinin səlahiyyət müddəti 2025-ci il iyunun 24-də başlayacaq və bu vaxta qədər hazırkı rəhbər Tomas Bax prezident səlahiyyətlərini icra edəcək.
BOK-un rəhbəri vəzifəsinə 7 namizəd var: Feysəl bin Husseyn (İordaniya), Sebastyan Koi (Böyük Britaniya), Kirsti Koventri (Zimbabve), kiçik Xuan Antonio Samaranç (İspaniya), Yohan Elias (İsveç), David Lappartye (Fransa) və Morinari Vatanabe (Yaponiya). BOK-un hazırkı prezidenti Tomas Bax yeni müddətə seçkidə iştirak etməyəcək.
Chosen
89
50
oxu.az

10Sources