EN

KPMG: Bankların kibercinayətləri önləmək üçün xərcləri kibercinayətkarların vurduğu zərərdən çoxdur

Bankların kibercinayətləri önləmək üçün xərcləri kibercinayətkarların vurduğu zərərdən təxminən 3,5 dəfə çoxdur.

"Report" xəbər verir ki, bunu KPMG beynəlxalq audit şirkətinin Qafqaz və Mərkəzi Asiyada kibertəhlükəsizlik xidmətləri üzrə direktor müavini Tolqa Öztürk Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, kibercinayətkarlıqda əsas hədəf yaşı 60-dan çox olan aşağı təhsilli insanlardır: "Bu şəxslər kibercinayətkarlığın qurbanı kimi daha çox ön plana çıxır".

KPMG rəsmisi qeyd edib ki, kibercinayətkarların 55 %-i 100 ABŞ dollarından az xərcləmələr həyata keçirir: "Kibercinayətkarlıqda "gift" kartlara daha çox diqqət yetirmək lazımdır. Bu kartların da izlənməsi daha çətindir".

Chosen
7
2
far.az

3Sources