EN

Beyinin məhsuldarlığını artıran içkinin adı açıqlandı

Moskva Səhiyyə Departamentinin baş dietoloqu Antonina Starodubova kakao dənələrindən hazırlanan hamının sevimlisi olan içkinin möcüzəvi xüsusiyyətlərini açıqlayıb.

BAKU.WS xəbər verir ki, ekspert bu qədim içkinin yalnız əhval-ruhiyyəni yaxşılaşdırmaqla kifayətlənmədiyini, eyni zamanda beynin fəaliyyətini əhəmiyyətli dərəcədə artırmağa qadir olduğunu düşünür.

Mütəxəssis kakao içkisinin müalicəvi xüsusiyyətlərinin onun zəngin tərkibində olduğunu vurğulayıb. "Onun tərkibində dəmir, maqnezium, fosfor və kalium kimi mineral maddələr var. Vitaminlərdən isə provitamin A, vitamin E, nikotin turşusu, tiamin və riboflavin yer alır", - deyə Starodubova bildirib.

Ekspert xüsusilə kakaoda mövcud olan polifenollara diqqət çəkib. Bu maddələr güclü antioksidant xüsusiyyətlərə malikdir və ürək-damar xəstəliklərindən qorumağa qadirdir. Eyni zamanda içkinin tərkibindəki teobromin və kofein kimi alkaloidlər tonuslandırıcı təsir göstərir.

Sonda Starodubova kakao tərkibi 75%-dən çox olan tünd şokoladın xüsusi faydasını qeyd edib. O, mülayim miqdarda istifadə edildikdə arterial təzyiqin normallaşmasına, qandakı lipid göstəricilərinin yaxşılaşmasına və beynin fəaliyyətinin stimullaşdırılmasına kömək etdiyini vurğulayıb.

Visiontv.az



Chosen
8
visiontv.az

1Sources