EN

Azərbaycandan Avropaya qaz ixracının artırılması üçün 18 mlrd. dollardan çox sərmayə tələb oluna bilər

Azərbaycandan Avropa İttifaqına (Aİ) illik qaz ixracının həcmini 20 mlrd. kubmetrə çatdırmaq üçün 18,5 mlrd. ABŞ dolları tələb oluna bilər.

Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

    Hesabatda bildirilir ki, Azərbaycanın 2022-ci ildə razılaşdırıldığı kimi, 2027-ci ilə qədər Aİ-yə təbii qaz ixracını (“Şahdəniz” qaz-kondensan yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində - red.) iki dəfə artıra biləcəyi bəlli deyil.

    “Hədəflənmiş 20 mlrd. kubmetr illik ixrac həcminə çatmaq üçün Azərbaycanın boru kəməri infrastrukturu genişləndirilməlidir - mövcud boru kəmərləri şəbəkəsinin lazımi həcmdə genişləndirilməsi 18,5 mlrd. ABŞ dollarına başa gələcək”, - hesabatda qeyd olunur.

    "Fitch Solutions”un mütəxəssisləri hesab edir ki, Azərbaycan hökuməti və SOCAR Aİ-dən Net Sıfır siyasətinin investisiyaları ortamüddətli perspektivdə dəyərsizləşdirməyəcəyinə dair güclü təminat olmadan Azərbaycan Respublikası Dövlət Neft Fondunun kapitalından (ÜDM-in təxminən 70%-nə bərabərdir) genişlənmə xərclərini ödəmək üçün istifadə etmək istəmir.

    Bildirilir ki, Paris razılaşmalarının yeni karbohidrogen layihələrinə sərmayə qoyuluşu şərtlərinə görə, yaşıl hidrogenin nəqli üçün şərait yaradılmasa, Azərbaycan boru kəməri infrastrukturunun genişləndirilməsini maliyyələşdirməyə kömək edəcək investorlar tapmaqda çətinlik çəkə bilər.

    “Hidrogen uyğunluğunu təmin etmək üçün boru kəmərinin genişləndirilməsi razılaşdırılarsa, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankından, eləcə də digər maliyyə institutlarından maliyyə yardımı ala bilər”, - hesabatda vurğulanır.

    Ən sərfəli kredit üçün müraciət et

    Chosen
    24
    6
    banco.az

    7Sources