EN

Elman Vəliyev: “Əsədin varlığı Rusiyanın Aralıq dənizinə çıxışı deməkdir”

Suriyada hərbi münaqişə yeni mərhələyə qədəm qoyub. 13 il əvvəl başlayan Suriya böhranı uzun müddətli müharibəyə səbəb olub və yüz minlərlə insan həyatını itirib, milyonlarla insan qaçqın düşüb. Suriyanın şəhər və kəndləri darmadağın edilib. Bir sözlə, Suriya dünya güclərinin savaş meydanına çevrilib. Bir neçə gün əvvəl Suriyada yeni münaqişə baş verib və regionda müharibə təhlükəsi artıb.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev münaqiəşini belə dəyərləndirib:

Elman Vəliyev

“2011-ci ilin Ərəb Baharı Suriyadan da yan keçməmişdi. Buradakı inqilab Şamda polisin bir vətəndaşa hücumu ilə başladı. Xalq buna etiraz etdi. Bu etirazlar polislər tərəfindən dağıdıldı. 1 ay sonra Dera kəndində 15 nəfər azyaşlı hökumət əleyinə şüarlar yaymaq iddiası ilə həbs edildi. Bu, şiddətli müqavimətin başlanılmasına səbəb oldu. Etirazlar bir xeyli ərazini bürüdü. Bundan sonra etirazçılar Bəşər Əsədin istefasın tələb elədi. Əsəd hərbi müdaxilə əmri verdi. Rusiyanın da kömək etdiyi Əsəd qüvvələri ilə etirazçılar arasında hələ də davam edən qarşıdurmalar yaşanır. Əsədə ən böyük maneələrdən biri Əl Nusra cəbhəsidir.

Cəbhə 2011-ci ilin sonlarında yaradılıb. 2016-cı ildə beynəlxalq təzyiqləri azaltmaq üçün adını “Dəməşqin Fəthi Cəbhəsi” olaraq dəyişdi. Elə həmin ildə Əl-Qaidədən ayrıldığını elan etdi. 2017-ci ildə isə digər müxalifət qrupları ilə birləşərək “Heyət Təhrir əl-Şamı” yaratdı”.   Daha sonra Suriyada Bəşər Əsəd rejimini devirmək istəyən qüvvələrin fəaliyyətinə toxunanan konfliktoloq bildirib ki, cəbhənin məqsədi Əsəd rejimini devirmək və onun yerinə sünni İslam dövlətini qurmaqdır: “Rəcəb Tayyib Ərdoğan Əl Nusranı terror təşkilatı adlandırır. Maraqlısı budur ki, Ərdoğan da Əsədə qarşı mübarizə aparanlara dəstək verir. Türkiyə tərəfi Əsədə qarşı mübarizə aparan Azad Suriya Ordusu ilə bir yerdə fəaliyyətdədir. Suriya maraqların toqquşuduğu çox önəmli mövqedir. Böyük neft yataqları var. Aralıq dənizi sahilində yerləşməsi də cəlbedicidir. Ona görə də Suriyada konflikt asanlıqla başa çatana oxşamır. Müxalif ordusunun fikri  M5 magistralını ələ keçirməkdir. Bu yol ölkənin Şimalı ilə Cənubunu, yəni Hələb ilə Dəməşqi birləşdirir. İran M5 və M4 magistralı ilə Hizbullaha dəstək verir. Yəni İran üçün də potensial təhlükə var. Suriya əsas konflikt ocaqlarından birinə ev sahibliyi edir. Ölkədə o qədər silahlı qruplar toplaşıb ki, kimin kim olduğunu ayrıd etmək çətindir.

Rusiya, İran, Türkiyə, İsrail, ABŞ və Britaniyanın xüsusi maraqlarının toqquşduğu Suriyada ciddi qarşıdurmalar hələ bundan sonra başlayacaq.  İsrail Hizbullahla atəşkəs bağladıqdan 2-3 gün sonra Əsəd rejiminə qarşı təpkilər  başlandı.  Əsədin varlığı Rusiyanın Aralıq dənizinə çıxışı deməkdir. Ona görə də  Rusiya Əsədi bütün gücü ilə qoruyur. Türkiyə və Azad Suriya Ordusu əminəm ki, HTŞ-yə (Heyət Tahrir-Əl Şam) dəstək göstərir.  İsrail və Amerika müxalif qüvvələrin əli ilə planı icra etməyə çalışacaqlar. Putin əzmkarlıq göstərməsə güclü  dəstəklə Əsədin qələmin qırmaq mümkündür”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
18
konkret.az

1Sources