Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” fraksiyası Ovik Ağazaryanı öz sıralarından azad edib.
Musavat.com xəbər verir ki, fraksiyanın rəhbəri Ayk Koncoryan bununla bağlı maraqlı məlumat yayıb.
Onun sözlərinə görə, bu gün səhər saatlarında o, görüş barədə Ovik Ağazaryanı məlumatlandırıb və onu dəvət edib, bundan sonra Ağazaryanın özü fraksiyadan çıxmaq qərarına gəlib.
“Məlum oldu ki, Ovik Ağazaryan fraksiya iclaslarından, daxili müzakirələrdən məlumat sızmasını təşkil edib. Burada dövlət təhlükəsizliyi ilə bağlı informasiyalardan da söhbət gedir. Bu, partiyadan ixrac üçün əsas hesab edilib”, - deyə Koncoryan qeyd edib.
Musavat.com