Demokrat.az xəbər verir ki, bu barədə məlumatı yerli “Kyunghyang Shinmun” agentliyi yayıb.
Nazir baş verənlərə görə məsuliyyəti bilavasitə özünün daşıdığını vurğulayıb:
“Mən ölkəmizin milli müdafiə naziri kimi paytaxtda yaşanan hadisələrə və hərbi vəziyyət elan edərək, vətəndaşlarda narahatlığın yaranmasına səbəb olduğuma görə hər kəsdən üzr istəyirəm. Hərbçilər həmin gün məhz mənim göstərişlərim əsasında addım atıblar. Bu səbəbdən də artıq istefa ərizəmi müvafiq qaydada Parlamentə təqdim etmişəm”.
Qeyd edək ki, ölkədə hərbi vəziyyət elan edildikdən sonra ötən gecə paytaxt Seulun küçələrinə hərbi texnika yeridilib, helikopterlər isə səmada patrul fəaliyyətinə başlayıb.
Ardınca, ölkənin müxalifətdəki Demokratik Partiyasının lideri Li Cje Mön hərbi vəziyyət rejiminin tətbiqini konstitusiyaya zidd addım adlandıraraq, əhalini parlament binasının önündə toplaşmağa çağırıb.
Bu gün isə Parlament fövqəladə vəziyyət rejiminin ləğv olunması barədə qərar çıxarıb.
10Sources
-
yenicag.azCənubi Koreyanın müdafiə naziri istefa verdi ( 13647103)
-
axar.azCənubi Koreyanın müdafiə naziri istefa verdi ( 13645456)
-
7times.azCənubi Koreyanın müdafiə naziri istefa verib ( 13644409)
-
ikisahil.azCənubi Koreyanın müdafiə naziri istefa verib ( 13644313)
-
bakupost.azHərbi vəziyyətin ardınca Müdafiə naziri İSTEFA VERDİ ( 13643881)
-
demokrat.azCənubi Koreyanın müdafiə naziri istefa verib ( 13643662)
-
sherg.azCənubi Koreyanın müdafiə naziri istefa verib ( 13643560)
-
azpolitika.infoCənubi Koreyanın müdafiə naziri istefa verib ( 13643419)
-
xalqcebhesi.azCənubi Koreyanın milli müdafiə naziri istefa verib ( 13643341)
-
apa.azCənubi Koreyanın müdafiə naziri istefa verib ( 13643338)