EN

"Səriyyə" filmi təqdim edildi

Əlixan Rəcəbovun ekranlaşdırdığı "Səriyyə" filminin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, film ailəsinin 14 yaşında ərə vermək istədiyi qızın mübarizəsindən bəhs edir.

Büdcəsi 157 min manat təşkil edən filmdə rolları Əlixan Rəcəbovla bərabər Nazı Heydərova, Günay Əhməd, Niyaz İlyasoğlu, İbrahim Laçın, Şamil Süleymanlı, Cəmil Əhmədovdan ibarət aktyor heyəti canlandırıb. Yaş həddi 16+ olan filmin prodüseri Nicat Yüsifzadə, operatoru İman İmanov, rəssamı Elvin Əliyevdir.

Chosen
14
kulis.az

1Sources