Demokrat.az bildirir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yeni qərar bazarda satılan məhsulların bahalaşması ilə nəticələnəcək:
"Əlbəttə, bu qiymətlərin ciddi bahalaşmasına gətirib çıxaracaq. Çünki vergiyə cəlb olunan məbləğ, sözsüz ki, malın maya dəyərinə daxil ediləcək. Tutaq ki, müştəri göyərtini 20 qəpiyə alırsa, üstünə vergi əlavə olunacaq, nəticədə məhsul 25 qəpik olacaq. Digər məhsullarda da eyni tendensiya özünü göstərəcək.
Verginin tətbiqi Azərbaycan kimi iqtisadiyyata malik ölkədə dərhal qiymətdə öz əksini tapır. Yeni qərar bazarda fəaliyyət sahibkarlara ciddi ziyan vuracaq.
Hazırda paytaxtda sahibkarlıq obyektlərinin sayı sürətlə azalır. Obyektlərin bir çoxunun üzərinə baxsanız, görərsiniz ki, icarədar axtarılır".
Ekspertin fikrincə, sahibkarları ciddi vergi yükü gözləyir:
"Sahibkarlıq fəaliyyətinə başlamaq üçün göysatan gedib vergi üçün qeydiyyata düşsə, onun dərhal 1000 manat xərci çıxacaq. Göyərti satıb evinə günlük 15-20 manat çörəkpulu aparan adamın vergi qeydiyyatından keçib 1000 manat ödəmək imkanı varmı?!
10Sources
-
seherxeber.orgBu məhsulların qiyməti bahalaşacaq ( 13654573)
-
7news.azBazarda bu məhsulların qiyməti bahalaşacaq ( 13654081)
-
paralel.azBu məhsulların qiyməti bahalaşacaq ( 13650178)
-
azreform.infoBu məhsulların qiyməti bahalaşacaq ( 13649944)
-
olke.azBu məhsulların qiyməti bahalaşacaq ( 13649095)
-
turanpress.comBu məhsulların qiyməti bahalaşacaq ( 13648927)
-
moderator.azBu məhsulların qiyməti bahalaşacaq ( 13648117)
-
gundem.azBazarda bu məhsulların qiyməti bahalaşacaq ( 13647466)
-
musavat.comBu məhsulların qiyməti bahalaşacaq ( 13647163)
-
demokrat.azBazarda bu məhsulların qiyməti bahalaşacaq ( 13646368)