EN

Rabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə təqsirləndirilən əməkdaşı barəsində qərar verilib

Novxanıda yerləşən "New Life" reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə təqsirləndirilən əməkdaşı Elvüsal Hüseynovun üzərinə həbs qoyulan və müsadirə edilən əmlakları ilə bağlı qərardan verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti üzrə qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib.
Təqsirləndirilən Elvüsal Hüseynovun əmlakı üzərində olan həbs götürülüb və müsadirə qərarı ləğv edilib.

Qeyd edək ki, Novxanı qəsəbəsində fəaliyyət göstərən "New Life" Reabilitasiya Mərkəzinin rəhbəri O.Əliheydərov, digər əməkdaşları-E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunublar.
İddiaya görə, işgəncə nəticəsində pasiyent Hüseyn Məmmədov ölüb.
Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.
Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev səkkiz il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov yeddi il, Qənbər Həsənov altı il altı ay, Sərxan Əliyev isə altı il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, dəymiş ziyana görə O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.

Chosen
23
6
apa.az

7Sources