EN

“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib

“Təmiz
“Təmiz Hava” aylığı çərçivəsində Azərbaycanın müxtəlif yerlərində reydlər keçirilib, 2 782 avtonəqliyyat vasitəsinin sürücüsü cərimələnib. 1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən birgə reydlər zamanı ümumilikdə 8 031 avtonəqliyyat vasitəsinə baxış keçirilib.
2 782 avtonəqliyyatın mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Reydlər Bakı, Sumqayıt, Xızı, Abşeron, Lənkəran, Yardımlı, Astara, Masallı,Cəlilabad, Qazax, Ağstafa,Tovuz, Gədəbəy, Şəmkir, Şirvan, Sabirabad, İmişli, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Saatlı, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı, Qobustan, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab, Mİngəçevir, Kürdəmir, Yevlax, Göyçay, Ucar, Bərdə, Ağdam, Füzuli, Gəncə, Naftalan, Göygöl, Goranboy, Daşkəsən, Samux rayon Polis Şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayon və şəhərlərin ərazilərində təşkil edilib.

Chosen
27
7
1news.az

8Sources