EN

Dünyanın mərkəzi banklarının qızıla marağı artıb

Oktyabrda dünyanın mərkəzi bankları ümumilikdə 60 ton qızıl alıb ki, bu da cari il üçün maksimum göstəricidir. Bu barədə Dünya Qızıl Şurasının hesabatında bildirilib.

Ən çox qiymətli metal alan Hindistanın Mərkəzi Bankı olub. Bank oktyabrda 27 ton qızıl alaraq, cari ildə ümumi alış həcmini 77 tona çatdırıb.
 
İkinci yerdə Türkiyə Mərkəzi Bankı (17 ton), üçüncü yerdə isə Polşa Mərkəzi Bankı (8 ton)  durur.
 
Oktyabrın yekunlarına görə, bu üç mərkəzi bank qlobal mərkəzi bankların qızıl alışlarının 60%-ni həyata keçirib.

Oktyabrda dünyanın demək olar ki, bütün mərkəzi bankları qızıl alışını artırıb. Yalnız Kabo-Verde, Almaniya, Monqolustan, İordaniya, Sinqapur, Qazaxıstan, Tailand və Filippin bu dövrdə alış həyata keçirməyib.
 
N.Təbrizli




www.anews.az
Chosen
20
anews.az

1Sources