EN

Pərvizlə Baləli Xəyyamın dəfninə niyə gəlmədi?

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Xəyyam Əhmədli uzunsürən xəstəlikdən sonra vəfat edib. Söz ustadı ötən gün Kənd Əhmədli qəbiristanlığında torpağa tapşırılıb. “Qafqazinfo”nun məlumatına görə, Xəyyamın bir çox həmkarı onunla vidalaşmağa gəlsə də, meyxanaçılar Pərviz Bülbülə və Baləli Maştağalı vida zamanı gözə dəyməyib. Onların dəfndə iştirak etməməsi sosial şəbəkələrdə müzakirə edilib, müxtəlif fikirlər səsləndirilib. Baləlinin yoxluğunu bir neçə gün əvvəl Orxan Lökbatanlı ilə mərhumun səhhəti üçün lazım olan məbləğlə bağlı mübahisəsi ilə əlaqələndirənlər də var.

Əldə etdiyimiz məlumata görə isə əslində onların heç biri Xəyyamın ölümü günü ölkədə olmayıb. Belə ki, Pərviz də, Baləli də Rusiyada səfərdə imiş. Ayrı-ayrı məclisdə iştirak edən meyxanaçılar məhz bu səbəbdən dəfnə gələ bilməyiblər.

Hər iki sənətçi bu gün səhər saatlarında Bakıya qayıdıb. Bir az əvvəl Baləli Xəyyamın məzarını ziyarət etməyə gedib. Pərvizin də mərhum həmkarını ziyarət edəcəyi bildirilib.

Qeyd edək ki, bir müddət idi Xəyyamın müalicəsi üçün pul toplanırdı. 44 yaşlı mərhumun ölümündən əvvəl lazım olan məbləğ əldə olunsa da, gec olub.

Chosen
29
18
yenigundem.az

10Sources