EN

Monteneqro qrupu “Eurovision 2025”də iştirakdan imtina edib

Monteneqronun “NeonoeN” qrupu “Eurovision 2025” mahnı müsabiqəsində iştirakdan imtina edib.

SİA xəbər verir ki, buna səbəb qrupun müsabiqə qaydalarını pozmasıdır. Belə ki, “NeonoeN” qrupunun “Eurovision 2025”ə təqdim etdiyi “Clickbait” mahnısının bir hissəsini 2023-cü ildə keçirilən rok festivalında ifa etdiyinə dair sosial şəbəkələrdə videolar yayılıb. Nəticədə “NeonoeN” qrupu “Eurovision”da iştirakdan könüllü olaraq imtina etdiyini açıqlayıb.

Müsabiqənin qaydalarına görə, təqdim olunan bütün mahnılar yeni və orijinal olmalıdır.

Qeyd edək ki, “NeonoeN” qrupu noyabrın 27-də Monteneqronun “Eurovision” mahnı müsabiqəsində təmsilçisinin seçildiyi “Montesong” festivalının qalibi olmuşdu.

“Eurovision” mahnı müsabiqəsi gələn il İsveçrədə keçiriləcək.

Chosen
88
8
sia.az

9Sources