EN

Bayramov Konstantinos Kombosla görüşdü - Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında görüş olub.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdəki rəsmi hesabında məlumat yayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə keçirilib.

Chosen
18
2
publika.az

9Sources