KTMT-yə gəlincə, heç bir gecikmə yoxdur. Sürət və templə bağlı baxışımız var. Siz görürsünüz ki, biz çox aydın, çox ardıcıl şəkildə konkret istiqamətdə irəliləyirik.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 4-də parlamentdə deputat Anna Qriqoryanın “Əgər Ermənistan KTMT-yə geri dönüşü olmayan nöqtəyə çatıbsa, o zaman gecikmənin səbəbi nədir və Ermənistan niyə bu strukturu tərk etmir?” sualını cavablandırarkən deyib.
O ki qaldı niyə bunu elə yox, belə edirik – müxtəlif səbəblərdən. Sonda qərara gəldik ki, bunu bu şəkildə etməliyik və belə də edirik”, - Paşinyan bildirib.
Qeyd edək ki, daha öncə Baş nazir Nikol Paşinyan Ermənistanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan nöqtəyə keçdiyini elan edib.