EN

Avropada canavar ovuna icazə verildi: Ursula fon der Lyayen "qisas alır"

Avropa İttifaqında 2025-ci ilin martından canavar ovuna icazə veriləcək.

hakimiyyet.az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.

Qeyd edək ki, hazırda bu yırtıcı heyvanları yalnız insanlara və ya mal-qaraya təhlükə yaratdıqda vurmaq olar. Bern Vəhşi Təbiətin Mühafizəsi üzrə Konvensiyasının daimi komitəsi vəhşi təbiətdə canavarların sayının artmasını nəzərə alıb və onların statusunu "ciddi mühafizə olunan"dan "mühafizə olunan" səviyyəsinə endirib.

Xatırladaq ki, 2023-cü ilin iyulunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen müvafiq təkliflə müraciət edib. "Bild" nəşrinin köşə yazarı Hans-Yorq Felevaldın qeyd etdiyi kimi, Avropa Komissiyasının rəhbərinin çağırışı onun "Dolli" adlı sevimli ponisinin "qisasını almaq" istəyi ilə bağlı ola bilər. Belə ki, "Dolli" 2022-ci ilin sentyabrında siyasətçinin ailə mülkünün ərazisinə girən canavarın hücumuna məruz qalıb.

Chosen
64
2
hakimiyyet.az

10Sources