EN

Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf

Alimlər koronavirusun beyinə necə keçdiyini müəyyən edə biliblər.

hakimiyyet.az-ın DHA-ya istinadla verdiyi məlumata görə, tədqiqat Almaniyanın "Helmholtz Munich" ağıllı biotexnologiyalar institutunun direktoru Ali Ertürkün rəhbərlik etdiyi komanda tərəfindən aparılıb.

Araşdırma zamanı COVID-19-un insan orqanizminə daxil olmaq üçün istifadə etdiyi "spike" zülallarının kəllə sümüyündəki "gizli keçidlərdə" toplandığı və bu keçidlərdən istifadə edərək beyin səthinə yerləşə bildiyi öyrənilib.

Bu kəşf Ertürkün "DISCO Transparency" texnikası ilə mümkün olub - bu üsulda orqan və toxumalar şəffaflaşdırılaraq rəqəmsal mühitdə xəritələndirilir.

Tədqiqat kəllə sümüyünün sadəcə beyinin qoruyucusu olmadığını, beyinin canlı bir hissəsi olduğunu göstərib. Türkiyəli alimin bu ixtirası COVID-19-un nevroloji təsirlərinə yeni baxış gətirib.

Chosen
51
2
hakimiyyet.az

3Sources