Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Vətən müharibəsi qazisi Camalov Taleh Musa oğlunu və Vətən Müharibəsi şəhidi, Tərlan Gülüşovun atası Salman Gülüşovu evlərində ziyarət edib.
Modern.az xəbər verir ki, ziyarət zamanı şəhid atasının və Vətən müharibəsi qazisinin sağlamlıqları, qayğıları və problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını qeyd edib.
Görüşdə şəhid atası və Vətən müharibəsi qazisi Taleh Camalov şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.