EN

2024-cü ildə vəfat edən tanınmış simalar - SİYAHI

2024-cü il bir sıra müsbət hadisələrlə yanaşı kədərli xəbərlərlə də yadda qaldı. Belə ki, bu il bir çox tanınmış simalar həyatını itiriblər. Onların sırasında siyasətçilər, alim və ölkənin məşhur mədəniyyət xadimləri də var.
 
Bizim.Media 2024-cü ildə vəfat etmiş Azərbaycanın tanınmış şəxslərinin siyahısını təqdim edir:
 
Aygün Bəylər
 
Yanvarın 6-da müğənni Aygün Aydın qızı Hümmətova (Aygün Bəylər) uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, 1975-ci ilin 22 avqustunda anadan olub. Müğənni, 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb.
 
Çingiz Hüseynov
 
Yanvarın 8-də Azərbaycan Yazıçılar Birliyinin üzvü Çingiz Həsən oğlu Hüseynov vəfat edib. O, 1929-cu ilin aprelin 20-də anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Ç. Hüseynov  filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989) olub.
 
Rəfiqə Axundova
 
Fevralın 6-da balet ustası Rəfiqə Hacı qızı Axundova dünyasını dəyişib. O, 1931-ci ilin avqustun 7-də anadan olub. Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970) idi.
 
Namiq Abbasov
 
Martın 27-də Namiq Abbasov vəfat edib. 1940-cı ildə anadan olan N. Abbasov 1995-2004-cü illərdə  Azərbaycanın Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb. 2004-2012-ci illərdə  Azərbaycanın Özbəkistandakı fövqəadə və səlahiyyətli səfiri olub.
 
İsgəndər Quliyev
 
17 apreldə vaxtilə Milli Məclisin deputat olan İsgəndər Həsən oğlu Quliyev vəfat edib. 1938-ci ildə anadan olan İ. Quliyev 2001-ci il 53 saylı Astara seçki dairəsindən deputat seçilib. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.
 
Hadi Rəcəbli
 
Aprelin 17-də Hadi Musa oğlu Rəcəbli dünyasını dəyişib. 1947-ci ildə anadan olan H. Rəcəbli Milli Məclisin I–V çağırış deputatı (1995–2020), parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
 
Elmira Süleymanova
 
Aprelin 25-də Elmira Teymur qızı Süleymanova vəfat edib. 1937-ci ildə anadan olan E. Süleymanova Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsində çalışıb. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən) olub.
 
Dadaş Rzayev
 
Mayın 27-də Dadaş Qərib oğlu Rzayev dünyasını dəyişib. O, 20 fevral 1993-17 iyun 1993-cü ilə qədər Azərbaycanın müdafiə naziri olub. D. Rzayev 22 dekabr 1935 anadan olub. Azərbaycan Respublikası Veteranlar Şurasının sədri idi.
 
Vaqif Hüseynov
 
İyunun 3-də Vaqif Əliövsət oğlu Hüseynov vəfat edib. O,  Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1989–1991), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1980–1983) vəzifələrində çalışıb.
 
Səfa Mirzəyev
 
22 iyul tarixində Səfa Abbas oğlu Mirzəyev vəfat edib. 1952-ci ildə anadan olan S. Mirzəyev uzun illər Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri vəzifəsində işləyib. 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2006) olub.
 
Ədil Arifoğlu
 
İyulun 28-də Ədil Arifoğlu dünyasını dəyişib. 1968-ci il təvəllüdlü Ə. Arifoğlu "AzTV”nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru idi. O, Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.
 
Nəsiman Yaqublu
 
Avqustun 25-də Nəsiman Qara oğlu Yaqublu avtomobil qəzası nəticəsində vəfat edib. 1962-ci il təvəllüdlü N. Yaqublu Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. O, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti tarixi və Məhəmməd Əmin Rəsulzadə barədə tədqiqatlar aparıb.
 
Tağı Əhmədov
 
18 oktyabrda Tağı Məhəmməd oğlu Əhmədov vəfat edib. 1948-ci il təvəllüdlü T. Əhmədov uzun illər Bakı Metropoliteninin rəisi işləyib (1998–2014). Azərbaycan Dama Federasiyasının vitse-prezidenti (2008–2022), Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri (2015–2022) olub. 
 
Səmayə Piriyeva
 
Noyabrın 23-də Səmayə Piriyeva vəfat edib. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı olub. Bir müddət Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də çalışıb (1999–2000).
 
Rafiq Nəsirov
 
Noyabrın 29-da Rafiq Əliş oğlu Nəsirov vəfat edib. 1947-ci il təvəllüdlü R. Nəsirov Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar (2000) və xalq rəssamı (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub (2017).
 
Chosen
46
10
hit.az

10Sources