EN

Bakıda münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri müzakirə olunub

Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuş II beynəlxalq konfransda "Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri" adlı panel sessiyası keçirilib.

"Far.Az"un məlumatına görə, Madrid Muxtar Universitetinin İqtisadi İdarəetmə Məktəbinin Elmi Məsləhət Komitəsinin üzvü Sançes Karlos deyib ki, Azərbaycan və Ermənistan arasındakı münaqişəsi olduqca mürəkkəb proses olub.

"Bölgəyə kənar qüvvələrin təsiri görünür. Ancaq beynəlxalq hüquq rəhbər tutulmalıdır. Azərbaycanlılar və ermənilər sülh şəraitində yaşamalıdırlar. Regionda sülhü bərqərar etmək çox mühüm məsələdir, burada yerli icmalardan, onların iqtisadi durumundan da danışmalıyıq".

Böyük Britaniyanın "Sülhpərvər planet” qeyri-hökumət təşkilatının təsisçisi Lord Arnold Dunkan MakNeir bildirib ki, insanlar insan haqları barədə çox danışır:

"İnsan haqlarının ən yaxşı müdafiəsi hüquqları bilməkdən keçir. Gələcək nəsillərin hüquq və vəzifələri haqqında məlumatlandırmalıyıq".

Britaniya təmsilçisi bildirib ki, azərbaycanlıların etnik təmizləməyə məruz qalması səbəbindən Ermənistanda yaşayan azərbaycanlıların əmlak hüquqları da müzakirə mövzusudur.

ADA Universitetinin professoru Damyan Krnjeviç-Mişkoviç 1990-cı illərdə Balkan yarımadasında baş verən münaqişələrə və yaranan etnik təmizləmələrdən söz açaraq etnik təmizləmənin təsirlərinin illərlə qaldığını söyləyib:

"1995-ci ildə Srebrenitsa soyqırımı da buna misaldır. Etnik təmizləmənin fəsadlarını tam islah etmək mümkün deyil. Qərbi azərbaycanlılar da da etnik təmizləməyə məruz qalıb. Barışıq, əslində təməl Avropa dəyəridir. Ermənilərin dostları bu mesajı onlara çatdırmalıdırlar".

Böyük Britaniyanın ətraf mühit üzrə alimi Dr. Saboor Javaid vurğulayıb ki, ölkələrarası münaqişələr ekoloji və iqtisadi problemlərə də təsir edir:

"Bir çox ölkələr enerji böhranı ilə üz-üzədir. Ermənistan da nüvə elektrik stansiyasından istifadə edir. Bununla da nüvə materiallarının sızması təhlükəsi yaranır. Bu nəinki Ermənistana, həm də Azərbaycana və qonşu ölkərə təsir edir. Bizim təmiz havaya ehtiyacımız var. Heç kimin havamızı çirkləndirmək hüquqi yoxdur".

Onun sözlərinə görə, bütün münaqişələr, həm də qlobal münaqişələrdir.

"Beynəxlalq ictimaiyyətin rolu olmasa, sülh quruculuğu təmin edilə bilməz".

Amerika Dini Azadlıq Mərkəzinin baş direktoru Dr. Jannah Skott bildirib ki, kişilər müharibəyə gedir, həlak olurlar, qadınlar bu zaman ən çox təsirə məruz qalan tərəf olurlar:

"Bu gün 170 bölgədə münaqişə və postmünaqişə mərkəzi var. Qadınların rolunun olduğu bölgədə iqtisadi fəaliyyət daha uğurlu olur".

Baş direktor baş verən proseslərin dünyaya qərəzsiz şəkildə çatdırılmasını söyləyib.

Sessiya müzakirələrdən sonra başa çatıb.

Chosen
23
far.az

1Sources