Türkiyədə yaşayan suriyalı qaçqınlar vətənlərinə qayıtmağa başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Sabah” qəzeti yazır. Qəzet bilsirir ki, Türkiyənin Hatay vilayətində yaşayan suriyalı qaçqınlar Hələb və İdlibdə islamçı qrupların nəzarəti ələ keçirməsindən sonra vətənlərinə qayıtmağa başlayıblar.
Qeyd olunur ki, hər gün 200 suriyalı Cilvegezu sərhəd-keçid məntəqəsini tərk edərək ölkələrinə qayıdır.
Eyni zamanda, dekabrın 4-də Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Yerlikaya qeyd edib ki, hazırda Hələbə qayıtmaq təhlükəsiz deyil, çünki hələ də “təmizlənməlidir”.
Bununla belə, o, əmin olduğunu bildirib ki, vəziyyət əlverişli olarsa, Hələb sakinləri öz evlərinə qayıdacaq və Türkiyədəki miqrant problemi həll olunacaq.
Xuraman Etibarlı
İnterpress.az