EN

Prezident İlham Əliyev Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Könüllülərinin VII HəmrəylikForumunun iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Əziz gənclər!

Sizi – Azərbaycan könüllülərinin VII həmrəylik forumununiştirakçılarını salamlayır və Beynəlxalq Könüllülər Günümünasibətilə təbrik edirəm.

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cıillərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvidəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmişkönüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafındahazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətin hərtərəflidəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəlişyolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyəthəyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olub.

Forumunuzun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsindətəşkili xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əməli fəaliyyətlərindədaim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşərikeyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitinqorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinəböyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı vəmühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincəgəldilər.

Dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasınəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsiniyaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətləyenidən canlandırılması üçün misilsiz quruculuq işləriaparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğuninnovativ sosial təşəbbüsləri ilə ölkənin davamlı tərəqqisinəxidmət göstərən könüllülərimiz Böyük Qayıdış prosesində də fəaliştirak edirlər.

İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonrada həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılmasınaminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Hər birinizəgələcək işlərinizdə nailiyyətlər arzulayıram".

Chosen
24
22
az.trend.az

10Sources