EN

Senator Kardin: "Rüfət Səfərov gələn həftə mənimlə və digər senatorlarla görüşməliydi"

ABŞ-ın nüfuzlu senatoru Azərbaycan hakimiyyətini tanınmış hüquq müdafiəçisi Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.

Məlumatı "Turan"ın Vaşinqton müxbiri bildirib.

"Rüfət Səfərov  insan hüquqları sahəsində xidmətlərinə görə Dövlət Departamentinin mükafatını almaq üçün gələn həftə mənimlə və digər senatorlarla görüşməliydi, lakin Azərbaycan rejimi onu uydurma ittihamlarla həbs etdi", - Senatın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib.

Defense Line yerli hüquq-müdafiə təşkilatının direktoru Səfərov bazar ertəsi həbs olunduqdan sonra dörd ay müddətinə ilkin həbs cəzasına məhkum edilib.

2015-ci ildə keçmiş prokuror Səfərov həbs edilib və 2019-cu ildə İlham Əliyev onu əfv edənə qədər üç il həbsdə qalıb.

Səfərovun ailəsinin sözlərinə görə, o, insan hüquqları mükafatını almaq üçün yaxın günlərdə ABŞ-a getməliydi.

"Onun ədalət uğrunda mübarizəsi həbsxana divarlarından kənara çıxır. O dərhal azad edilməlidir", - Kardin deyib.
Chosen
29
1
arqument.az

10Sources