EN

Rusiyada Koksaki virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyada bir ay əvvəl xəstələnən Azov sakini olan qız dekabrın 4-dən 5-nə keçən gecə Rostov şəhərinin xəstəxanasında, reanimasiya şöbəsində dünyasını dəyişib.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, on bir yaşlı qız noyabrın 11-də şəhər xəstəxanasına gətirilib.
Qeyd edilir ki, uşaq noyabrın əvvəlində xəstələnib, yüksək qızdırması olub, sinəsində və kürəyində səpgilər, boğazağrısı olub. Həkimlər ilkin olaraq qızın meningit olduğundan şübhələniblər, lakin sonra Koksaki virusu şübhəsi ortaya çıxıb.
Chosen
25
10
oxu.az

7Sources