EN

Rusiyanın tanınmış dietoloqu öldü

Rusiyalı dietoloq Aleksey Kovalkov vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə həkimin işlədiyi “Domaşnıy” telekanalının mətbuat xidməti məlumat yayıb.

Kovalkov rus tamaşaçılarına “Ailə ölçüsü” və “Qaydalı və qaydasız yemək” proqramları sayəsində tanınır. Onun 62 yaşı var idi.

Aleksey Kovalkov – Tibb elmləri doktoru, professor, Çəki Korreksiyası Klinikasının rəhbəri, piylənmənin müalicəsində aparıcı rus mütəxəssisi kimi tanınıb. O, həyatı boyu çoxlu sayda elmi məqalələr və populyar kitablar yazıb. Onun xəstələri arasında çoxlu rus ulduzları var idi. Forbes jurnalına görə o, Moskvanın ən çox axtarılan üç dietoloqundan biri idi.

Kovalkov bütün diyetlərə qarşı çıxıb. O, sosial şəbəkələrdə məşhur olan dietoloqları açıq şəkildə tənqid edib.

Həkim ağır xəstəliklə mübarizə aparırdı. Açıq mənbələrə görə, Kovalkov xərçəng xəstəliyinə tutulub. O, sonuncu videonu noyabrın 13-də sosial şəbəkələrində yayımlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
41
44
konkret.az

10Sources