EN

“Aqrar Sığorta” şirkətinin rəhbərliyinə dəyişiklik olub

“Aqrar Sığorta Müştərək Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərinin strukturunda  dəyişiklik olub.

Valyuta.az xəbər verir ki, İlkin Zeynalov İlqar oğlu Direktorlar Şurasından ayrılıb. İ.Zeynalov “Azsığorta” ASC-dən təmsil olunurdu.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

© Banker.az

Chosen
31
valyuta.az

1Sources