EN

İstanbulda 4 terror aktının qarşısı alınıb

İstanbul valisi Davud Gül bildirib ki, bu ilin 11 ayında terror təşkilatlarına qarşı keçirilən 3 min 176 əməliyyatda saxlanılan 6 min 428 şübhəlidən 701-i həbs edilib, 4 terror aktının qarşısı alınıb.

İl Fəlakət və Fövqəladə Hallar Müdirliyində (AFAD) keçirilən yığıncaqda ilin 11 aylıq təhlükəsizlik məlumatlarını açıqlayan Gül, 64 min 856 təhlükəsizlik qüvvəsinin sülh və əmin-amanlıq üçün üzərinə düşən vəzifələri fədakarlıqla yerinə yetirdiyini qeyd edib.

Şəhərintəhlükəsizliyi uğrunda aparılan mübarizələr çərçivəsində ən mühüm mövzunun terror olduğunu ifadə edən Gül, “Bu ilin ilk 11 ayında terror təşkilatlarına qarşı 3 min 176 əməliyyatda 6 min 428 adam tutuldu, 701 nəfər həbs edilib, 670 nəfər barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq edilib, 4 terror aktının qarşısı alınıb",- deyə bildirib.

Gül terrorun maliyyə mənbələrinin kəsilməsinə önəm verdiklərini ifadə edərək, 29 əməliyyatda 8 milyon 483 min lirənin ələ keçirildiyini, terrorun mənbəyinə ciddi zərbə vurduğunu qeyd edib.

Chosen
33
aznews.az

1Sources