Azər Türk Bank
Anderraytinq Mərkəzinin Kiçik və Orta Biznes Kreditləri Təhlil şöbəsində aparıcı mütəxəssis /baş mütəxəssis
Son tarix 05 yan 2025 - Müraciət et
Təsvir
- Bankın strateji hədəflərinə riayət olunmaqla KOB seqmenti sifarişlərinin anderraytinqini həyata keçirmək;
- Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
- Anderraytinqin nəticələriylə bağlı yekun rəy təqdim etmək;
- KOB seqmentinə aid məhsulların anderraytinqi üçün müvafiq təqdimat, rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Səlis Azərbaycan dili biliyi (rus və ingilis dil biliyi arzuolunandır);
- KOB seqmenti üzrə kreditləşmə və ya KOB kreditləri üzrə minimum 3 il təhlil və ya anderraytinq təcrübəsinin olması (Maliyyə sahəsində sertifikatların olması arzuolunandır;
- Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığının olması;
- MS Ofis proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə edə bilmək (sertifikatların olması arzuolunandır).
Vakansiya haqqında
- Son tarix yanvar 11, 2025
- Paylaşılıb dekabr 5, 2024
- Vakansiya növü Tam ştat
Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsində kiçik mütəxəssis
Son tarix 05 yan 2025 Müraciət et
Təsvir
- Təhlil prosesinin aparılması üçün bankdan kənarda və bankın daxilində müştəri ilə görüşlərdə iştirak etmək;
- Layihələrin maliyyələşdirilməsi üzrə aidiyyatı struktur bölmələrindən daxil olan sifarişləri müvafiq qaydada təhlil və analiz edilməsi prosesinə dəstək olmaq;
- Görülmüş işlər barədə mütəmadi olaraq hesabatlar hazırlanması prosesində iştirak etmək;
Tələblər
- İqtisadiyyat yaxud maliyyə yönümlü ali təhsil (bakalavr);
- Anderraytinq və maliyyə sahəsində baza biliklərinin olması;
- Analitik düşüncə qabiliyyəti, tədqiqat apara bilmə bacarığı;
- İşgüzar ünsiyyət və kollektivdə işləmək qabiliyyəti;
- Ofis programları ilə işləmək bacarığı;
- Azərbaycan dili səlis, xarici dil biliyi arzuolunandır.
- ACCA F3 və F7 sertifikatı olan namizədlərə üstunlük verilir.
Vakansiya haqqında
- Son tarix yanvar 13, 2025
- Paylaşılıb dekabr 4, 2024
- Vakansiya növü Tam ştat