EN

İlber Ortaylının səhhəti ilə bağlı son durumu

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur tarixçisi İlber Ortaylı son qatıldığı televiziya proqramında halı pisləşərək xəstəxanaya çatdırılmışdı.


AZXEBER.COM xəbər verir ki, Ortaylının yaxınları xəstəxanada video çəkərək onun səhhəti ilə bağlı son durumunu paylaşıblar.

 

Paylaşılan videoda səhhətinin ilə bağlı açıqlama verən Ortaylı bu sözləri deyib:

\"Bir-iki gün əvvəl iltihab səbəbiylə tarazlığım pozuldu. Xəstəxanaya başgicəllənmə şikayəti ilə gəldim. Tezliklə evə çıxacağam. Zəng edib soruşan bütün dostlara təşəkkürümü bildirirəm. Hamınıza sağlam günlər arzulayıram”.

 

Cəmalə

Chosen
28
17
azxeber.com

10Sources