EN

Musiqi məktəblərində çalışan müəllimlərin bacarığı ölçüləcək

2 il ərzində musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan bütün müəllimlərin bilik və bacarıqlarının ölçülməsi yekunlaşacaq.

Yenicag.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov danışıb.

Onun sözlərinə görə, gələn ilin fevral ayında Bakı şəhərində prosesə start veriləcək:

“Müəllimlərimizin bilik və bacarıqlarının ölçülməsinə çox ciddi ehtiyac var. 2025-2026-cı illərdə müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi yekunlaşacaq. Növbəti il üzrə isə Mədəniyyət Nazirliyinə aid sahələrdə müəyyən yoxlama prosesi olacaq”.

Chosen
17
5
yenicag.az

6Sources