EN

ABŞ-nin istefada olan zabiti: “Qərb Rusiyanı danışıqlara razı salmalıdır” – ÖZƏL

ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Davis Rusiya ilə sülh danışıqlarının başlanmasının Qərb və Ukrayna üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, YouTube kanalında yayımlanan çıxışında danışıb.

Davis qeyd edib ki, əgər Qərb və Ukrayna Moskvanı danışıqlara razı sala bilməsə, bu, Kiyev və onun müttəfiqləri üçün ağır məğlubiyyətlə nəticələnəcək. "Rusiya heç bir razılaşmaya məcbur deyil. Onlar danışıqlara hazır olduqlarını bəyan etsələr də, bu, onların zərurəti deyil," - deyə istefada olan zabit vurğulayıb.

O, əlavə edib ki, əgər Qərb kompromisə getməzsə, ABŞ Ukrayna münaqişəsində məğlub olacaq. Davis Donald Trampın prezidentlik dövründə bu vəziyyəti dəyişmək üçün ciddi qərarlar qəbul etməli olduğunu bildirib. "Başqa yollarla Rusiyadan hər hansı bir nəticə əldə etmək mümkün deyil," - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
22
olaylar.az

1Sources