EN

Sen-Marten gəncləri: "Müstəmləkəçilik vətənimizdə gələcək qurmağımıza mane olur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Müstəmləkəçilik Sen-Martendə gənclərin inkişafına mane olur".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi "Fransa və Niderlandın Sen-Martendə müstəmləkə idarəçiliyi - bir ada, bir xalq, bir tale" adlı tədbirində "One St. Martin Association" Gənclər Təşkilatının üzvü Yadiska Rişelin Van bəyan edib.
O, Fransa və Niderland arasında bölünmüş Sen-Martendə gənclərin üzləşdiyi problemlərdən danışıb.
"Yerli məktəb məzunları metropoliya iqtisadiyyatına xidmət etmək üçün Fransa və ya Niderlanda köçməyə hazırlanırlar. Bu tələbələr evə qayıtmağa çalışanda isə onların məşğulluq təminatı yoxdur, yüksək vəzifələr tuta bilmirlər və ya sadəcə, inkişaf perspektivi olmayan bir işdə qalırlar", - deyə Yadiska vurğulayıb.
Yadiskanın fikrincə, problemin həlli yolu, Azərbaycanın etdiyi kimi, Sen-Martenin müstəqillik uğrunda mübarizəsindən keçir.
Yadiska ümid edir ki, Bakı Təşəbbüs Qrupu kimi böyük təşkilatların dəstəyi adadakı vəziyyətə daha çox diqqət cəlb etməyə və "One St. Martin" hərəkatını gücləndirməyə kömək edəcək.
Rufina Abdullayeva
Chosen
27
1
oxu.az

2Sources