EN

Azərbaycana bu ölkələrdən bir kiloqramı 13 manata kivi gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrə 2 min 804 ton kivi gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul idxalına çəkilən xərcin məbləği 2 milyon 31 min 470 ABŞ dolları (3 milyon 453 min 499 manat) olub. İdxal olunan kivinin bir kiloqramının orta qiyməti 72 sent (1 manat 23 qəpik) təşkil edib.

Azərbaycana kivi gətirilən ölkələr və gətirilən məhsulun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Ölkələr   Miqdar (ton) Məbləğ (min ABŞ dolları) Bir kiloqram üçün orta qiymət (manatla)
  Cənubi Afrika Respublikası 0,18 1,44 13,6
  Çili 55,91 78,76 2,39
  Çin 5 15,04 5,11
  İran İslam Respublikası 2741,95 1926,72 1,19
  Yeni Zelandiya 0,46 3,71 13,71
  İtaliya 0,72 5,79 13,67
      Valyuta.az

Bəhs olunan dövrdə Azərbaycandan xarici ölkələrə 445 min 760 kiloqram kivi satılıb. Satılan kividən 335 min 740 ABŞ dolları (570 min 758 manat) gəlir əldə olunub. İxrac olunan kivinin bir kiloqramının orta qiyməti 75 sent (1 manat 28 qəpik) təşkil edib.

Azərbaycanın kivi ixrac etdiyi ölkələr və satılan məhsulun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Ölkələr   Miqdar (ton) Məbləğ (min ABŞ dolları) Bir kiloqram üçün orta qiymət (manatla)
  Qazaxıstan 57,91 43,43 1,27
  Rusiya 387,85 292,31 1,28
      Valyuta.az

Qeyd edək ki, rəsmi mənbələrdə olan məlumatlara görə, bu ilin oktyabr ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan bir kiloqram idxal kivinin orta satış qiyməti 4 manat 59 qəpik olub. Bu, idxal olunan qiymətdən 3 manat 31 qəpik və ya 3,6 dəfə bahadır.

Əvəz Həsənov

Chosen
26
49
valyuta.az

10Sources