EN

"Çelsi"nin futbolçusu Fransa yolunda - Danışıqlar başladı

"Çelsi"nin müdafiəçisi Benua Badyaşil karyerasını Fransa çempionatında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Xəbərə görə, onun xidmətində "Olimpik Marsel" maraqlıdır. Mənbə Fransa təmsilçisinin "zadəganlar"la danışıqlara başladığını açıqlayıb.

Daha öncə sözügedən oyunçunun adı "Yuventus"la da yanaşı çəkilib.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 11 matça çıxan Badyaşil məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" potalı arxa xətt oyunçusunun transfer qiymətini 30 milyon avro ilə dəyərləndirir.

Nihat

Chosen
12
fanat.az

1Sources