EN

Manuel Noyer 2 oyunluq cəza aldı

“Bayern”in əsas qapıçısı və kapitanı Manuel Noyer Almaniya Futbol İttifaqının (DFB) İntizam komitəsi tərəfindən 2 oyunluq cəzandırılıb.

Arena.az bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidmətinə istinadən məlumat verir.

Buna Noyerin Almaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Bayer”ə qarşı ev oyununda (0:1) aldığı birbaşa qırmızı vərəqə səbəb olub.

Əlavə edək ki, bu, Manuel Noyerin futbolçu karyerasında aldığı ilk və yeganə qırmızı vərəqədir.

Beləliklə, Noyer Almaniya Kuboku uğrunda növbəti yarışın birinci və ikinci dövrələrini buraxmalı olacaq.

Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 19 oyuna çıxıb, 13 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edib.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 540 oyun, 440 buraxılmış qol və 256 “quru” oyundan ibarətdir.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Chosen
29
3
arena.az

4Sources