EN

Şəkər xəstələrinə ŞAD XƏBƏR! bu qida diabet riskini AZALDIR

Şəkər xəstələrinə ŞAD XƏBƏR! bu qida diabet riskini AZALDIRBitter şokoladın daha bir faydası üzə çıxıb.

News24.az İngiltərənin "The British Medical Journal" (BMJ) tibb jurnalında yayımlanan bir araşdırmaya istinadən xəbər verir ki, həftədə 5 və ya daha çox porsiya bitter şokolad istehlakı 2-ci tip şəkərli diabet riskini 21 faiz azaltmağa kömək edə bilər.

Araşdırma 1986-2021-ci illər ərzində 192,028 nəfər üzərində aparılıb. Şokolad istehlakının diabetə təsiri 111,654 nəfərlik digər qrupda isə fərqli şokolad növlərinin (südlü və bitter) təsiri öyrənilib.

Şokolad istehlakının 2-ci tip diabetə təsirinin araşdırıldığı qrupda yalnız 18,862 nəfərdə bu tip diabet aşkar edilib, digər qrupda isə 4,771 nəfərdə diabet qeydə alınıb.

Araşdırmanın nəticələrinə görə, hər hansı şokolad yeyənlərdə 2-ci tip diabet riski çox az və ya heç şokolad yeməyənlərlə müqayisədə 10 faiz aşağıdır. Həftədə 5 və ya daha çox porsiya bitter şokolad yeyənlərdə bu risk 21 faiz azalıb. Südlü şokolad istehlakının isə 2-ci tip diabetə əhəmiyyətli təsiri olmadığı qeyd edilib.

Araşdırmada südlü şokoladın uzun müddətdə kilo artımına səbəb ola biləcəyi vurğulanıb. Bitter şokolad isə içindəki zülallar sayəsində ürək və damarları qoruma, antioksidant xüsusiyyətlərə malikdir.

Tədqiqatda bitter şokolad istehlakının riskləri azaltma potensialı olduğu vurğulansa da, bu nəticələrin daha çox kontrollu araşdırmalarla təsdiqlənməsinin vacib olduğu bildirilib.//baku.ws


Chosen
40
news24.az

1Sources