İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində “Tottenhem” səfərdə “Bornmut” 0:1 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, London klubunun baş məşqçisi Anqelos Postekoqlu matçdan sonra səfər tribunasına gələrək azarkeşlərə bir-iki aqressiv sözlər deyib. Fanatların reaksiyası liderin xoşuna gəlməyib. Ona görə də onlara sakitləşmək üçün işarə edib.
Azarkeşlər məşqçinin bu cür hərəkətlərinə ancaq qışqırıqla cavab veriblər.