EN

Suriya hökuməti Dəra şəhərinə nəzarəti itirib: Ordu qüvvələri şəhəri tərk edib

Suriyanın ərazisinə görə dörüncü ən böyük şəhəri olan Dəra üsyançıların əlinə keçib.

APA-nın “Reuters“ə istinadən xəbərinə görə, həmin yaşayış məntəqəsi Bəşər Əsəd tərəfdarlarının Dəməşq şəhərinə istiqamətlənməsinə şərait yaradılması müqabilində müxalif qüvvələrə təslim edilib. Bununla da üsyançılar cənub istiqamətində irəliləməyə başlayıb.

Suriya hökumətindəki mənbələr ordu qüvvələrinin Dəranı tərk etməsini mövqe dəyişikliyi adlandırıblar.

Bir müddət əvvəl Hələb və Həma, eləcə də şərq hissədəki Deyr əz-Zor şəhərləri də müxalifətin nəzarətinə keçib.

Hazırda isə müxalif üsyançıların Homs istiqamətinə hücumları davam edir. Hökumət həmin şəhərdə “Hizbullah” silahlılarını cəmləşdirməyə başlayıb.

Xatırladaq ki, ölkədə sonradan genişmiqyaslı vətəndaş müharibəsi ilə nəticələnən kütləvi iğtişaşlar 2011-ci ildə məhz Dəradan başlamışdı.

"Cebheinfo.az"

Chosen
25
7
cebheinfo.az

8Sources