Qadın həndbolçular arasında Azərbaycan çempionatında VII turun mərkəzi oyunu baş tutub. SİA-nın məlumatına görə, "Qarabağ" komandası "Kür"lə üz-üzə gəlib.
Qarşılaşma "Kür"ün qələbəsi ilə bitib - 30:28.
Hazırda 6 matçdan sonra 10 xalı olan "Qarabağ" ikinci pillədə qərarlaşıb. Beş görüş keçirən Mingəçevir təmsilçisi 8 xalla üçüncü sıradadır.