EN

Suriya ordusu Palmiranı tərk etdi

Suriya hökumət qüvvələri Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmiradan geri çəkilib və “Azad Suriya Ordusu” adlandırılan bölmələr şəhərə daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, silahlı qruplar hərbçilərin istifadə etdiyi silah anbarlarını ələ keçirə bilib.
 Bundan əlavə, telekanalın məlumatına görə, yaraqlılar Homs əyalətinin cənubundakı strateji əhəmiyyətli Cebel əl-Qurab ərazisinə nəzarəti ələ keçiriblər.
 Bundan əvvəl “Al Hadath” telekanalı bu ərazinin Azad Suriya Ordusunun nəzarətinə keçdiyi barədə məlumat vermişdi.

Chosen
72
ucnoqta.az

1Sources