İslandiyada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Akureyri şəhərindən 121 km cənub-şərqdə, 1 km dərinlikdə yerləşib. Şəhərdə 17,6 min nəfər yaşayır.
Tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.