EN

Flik: “Bu, bəhanə deyil”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqada “Betis”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Meydanda baş verənlərdən məyus oldum. Çünki qələbə qazanmalı idik. Pis başladıq və qol buraxdıqdan sonra normal oynamağa başladıq. Çempionlar Liqasında oyunumuz olduğu üçün heyətdə dəyişikliklər etmişdik. Ancaq bu, bəhanə deyil.

Daha yaxşı oynaya bilərik. “Betis”lə matçda bəzi şeyləri düzgün etmədik”.

Chosen
62
futbolpress.az

1Sources