EN

29 yaşlı bir uşaq anasının maşında meyiti AŞKARLANDI - FOTO

Park edilmiş halda olan avtomobildən polis qadın meyiti aşkarlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində sevgilisi olduğu öyrənilən kişin qadının meyitini avtomobildə qoyaraq polis bölməsinə gedib.

Sevgilisinin həyatını sonlandırdığını və bunun qarşısını almaq üçün çalışdığını deyən şəxs ifadəsi alınmaq üçün saxlanılıb.

Hadisə səhər saatlarında İzmirin Konak rayonunda Gültəpə Polis İdarəsinin qarşısında baş verib. 

Qanunsuz taksi fəaliyyəti ilə mə.ğul olduğu müəyyən edilən 34 yaşlı E.B. polis gedərək sevgilisinin meyitinin avtomobilində olduğunu bildirib. 

Yoxlanış zamanı sol qulağının arxasından vurulan bir uşaq anası olan 29 yaşlı Eda Kuşun cansız bədəninin aşkar ediblər. E.B polis qrupları tərəfindən nəzarətə alınarkən, Araşdırma qrupu avtomobildı olan dəilləri toplayıb. Hadisədə istifadə edilən silah polis tərəfindən müsadirə edilib.

Ölən Eda Kuşla 2 ildir sevgili olan və 1 aydır ayrılan E.B.-nin polisə verdiyi ilk ifadəsində Kuşun həyatını sonlandırdığını deyib. O, başqa qadınlara qısqanclıq etdiyi üçün maşında mübahisə etdiklərini, silahı çıxararaq qadının özünün bu əməli etdiyini bildirib və qarşısını almağa çalışdığını iddia edib.

Eda Kuşun qohumları isə hadisənin qətl olduğunu iddia ediblər. Qadının barışmaq istəmədiyi üçün öldürüldüyünü deyiblər.

Hadisə ilə bağlı istintaq davam edir.

Musa 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
89
9
milli.az

10Sources