EN

“Bəşər Əsəd təyyarə qəzasında həlak olub” –Reuters

Suriya prezidenti Bəşər Əsəd böyük ehtimalla təyyarə qəzasında həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə Reuters iki mənbəyə istinadən xəbər yayıb.

Agentlik Flightradar24 xidmətinin məlumatlarına istinadən bildirir ki, silahlılar Dəməşqi ələ keçirməzdən bir müddət əvvəl paytaxtın hava limanından Suriyaya məxsus “Air İl-76” təyyarəsi havaya qalxıb. Təyyarədə kimin olduğu dəqiq məlum deyil. Reuters Bəşər Əsədin təyyarədə ola biləcəyini təsdiqləyə bilməyib, lakin agentlik hələ də onun təyyarədə olduğunu ehtimal edir.

Uçuş zamanı təyyarə gözlənilmədən əks istiqamətə dönüb, daha sonra radarlardan itib (əvvəlcə təyyarə ölkənin ələvilərin – Əsəd tərəfdarlarının yerləşdiyi sahilyanı rayonlara uçub). “O, radardan itib, ola bilsin ki, transponder söndürülüb. Lakin mən hesab edirəm ki, təyyarənin vurulması ehtimalı daha yüksəkdir”, – agentlik mənbədən sitat gətirir.

Flightradar24 məlumatlarına əsasən, təyyarə saat 05:00-da havaya qalxıb və 40 dəqiqə sonra Homs şəhəri yaxınlığında 495 metr yüksəklikdə yoxa çıxıb.


Chosen
26
2
bakupost.az

10Sources