EN

Suriyadan qaçan Əsədin qarajında lüks avtomobillər aşkarlandı

Suriyada etirazçılar prezident Bəşər Əsədin sarayını ələ keçirdikdən sonra dövlət başçısının qarajında onlarla lüks avtomobil aşkarlayıb. 

OLAY yazır ki, bununla bağlı sosial şəbəkədə video paylaşılıb. 

Türkiyənin “En son haberler” nəşri sözügedən görüntülərlə bağlı bunları yazıb: 

“Əsədin qarajına girənlər müxalif qüvvələr tərəfindən müsadirə edilmiş bir sıra dəbdəbəli avtomobillərlə (... ) qarşılaşdılar. Onlar “Ferrari”, “Audi” və “Mercedes”in cərgə ilə dayandığı qaraj görüblər”.

Qeyd edək ki, bu gün Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçirib. Bu barədə bir çox nüfuzlu Yaxın Şərq nəşrləri məlumat yayıb. Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb. Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.

Chosen
41
olay.az

1Sources