EN

"Maklaren" 26 ildən sonra dünya çempionu OLDU

"Maklaren" "Formula-1" üzrə dünya çempionatında 2024-cü il mövsümünün qalibi olub.

"Unikal" xəbər verir ki, komanda Mühəndislər kubokunda 666 xal toplayıb.

Bu, Böyük Britaniya təmsilçisinin 1998-ci ildən sonra ilk uğuru olub. "Maklaren" "Ferrari"nin 14 xal qabaqlayaraq, tarixi nailiyyətə imza atıb. Üçüncü yeri 589 xalla "Red Bull" tutub.

Mühəndislər kuboku-2024
1. "Maklaren" - 666
2. "Ferrari" - 652
3. "Red Bull" - 589
4. "Mersedes" - 468
5. "Aston Martin" - 94
6. "Alpin" - 65
7. "Haas" - 58
8. "RB" - 46
9. "Uilyams" - 17
10. "Kik Zauber" - 4

Chosen
35
unikal.az

1Sources