EN

İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU

İsrail Dəməşqdə iranlı alimlərin raketlər hazırladığı iddia edilən tədqiqat mərkəzinə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

“İsrail Suriya paytaxtının Kafr Sousse bölgəsindəki böyük təhlükəsizlik kompleksinə, eləcə də tədqiqat mərkəzinə üç hava zərbəsi endirib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra Dəməşqdə hökumət binalarının blokunda yanğın baş verdiyi barədə məlumat yayılıb.

Chosen
56
publika.az

1Sources